Tether CEO-su kriptocüzdanların yaradılması üçün yeni həllin istifadəyə veriləcəyini elan edib
USDT steyblkoininin emitenti olan Tether şirkəti Wallet Development Kit (WDK) adlı açıq mənbəli alətin istifadəyə verildiyini açıqlayıb.

USDT steyblkoininin emitenti olan Tether şirkəti Wallet Development Kit (WDK) adlı açıq mənbəli alətin istifadəyə verildiyini açıqlayıb. Bu barədə şirkətin baş direktoru Paolo Ardoino məlumat verib.
Açıqlamada bildirilib ki, WDK paketinə Starter Wallet adlı nümunəvi mobil tətbiq də daxildir. Bu tətbiq iOS və Android platformaları üçün tam funksional cüzdan kimi hazırlanıb.
Ardoinonun sözlərinə görə, layihə göstərir ki, istənilən proqramçı bu alət əsasında asanlıqla öz kriptocüzdanını yarada və istifadəyə verə bilər.
Həllin bu həftə ərzində rəsmi şəkildə işə salınacağı gözlənilir. Daha əvvəl Tether rəhbəri qeyd etmişdi ki, WDK trilyonlarla qeyri-kastodial (non-custodial) kriptocüzdanın yaradılmasına imkan verəcək.
Xatırladaq ki, Tether yaxın zamanda USAT adlı yeni token buraxacağını və onu Rumble videoplatformasının cüzdanına inteqrasiya edəcəyini də açıqlamışdı.

Bizi Telegram-da oxuyun
Abunə olun

