Ekspertlər ABŞ hökumətinə aid kripto cüzdanda kapital hərəkətini qeydə alıblar
ABŞ hakimiyyət orqanları ilə əlaqələndirilən kripto cüzdandan 667,6 BTC köçürülüb. Əməliyyat zamanı məbləğ təxminən 74,65 milyon dollar təşkil edib.

ABŞ hakimiyyət orqanları ilə əlaqələndirilən kripto cüzdandan 667,6 BTC köçürülüb. Əməliyyat zamanı məbləğ təxminən 74,65 milyon dollar təşkil edib. Bu məlumat Arkham Intelligence platformasının məlumatlarında əks olunub.
Yazının hazırlandığı vaxt həmin ünvanda ümumilikdə 22,67 milyard dollar dəyərində kriptoaktiv saxlanılırdı. Bu məbləğə 197 354 BTC daxildir. Qeyd edək ki, bu, son yeddi ay ərzində həyata keçirilən ilk iri həcmli bitcoin köçürməsidir.
Köçürmənin dəqiq məqsədi hələlik məlum deyil. Ehtimal olunur ki, bu əməliyyat portfelin yenidən balanslaşdırılması prosesinin bir hissəsidir.
IT Tech analitiklərinin bildirdiyinə görə, bitcoinlərin köçürüldüyü ünvan da hökumətin nəzarətindədir və söhbət satışdan getmir.
Xatırladaq ki, 2024-cü ilin iyul ayında müsadirə edilmiş kriptoaktivlərə cavabdeh olan ABŞ Marşallar Xidməti (USMS) saxlama və ticarət xidmətləri üçün Coinbase birjasını seçmişdi.
2024-cü ilin avqustunda hüquqşünas və maliyyə eksperti Skott Conson bildirmişdi ki, hökumət platformadan portfeli mərhələli şəkildə likvidasiya etmək üçün istifadə edir. Həmin dövrdə 10 000 BTC köçürülməsi fonunda bitcoin qiymətində kəskin korrektə müşahidə olunmuşdu.
ABŞ Prezidenti Donald Tramp bu satışları dayandıracağını vəd etmişdi. 2025-ci ilin mart ayında o, müsadirə edilmiş kriptoaktivlər əsasında milli ehtiyat fondunun yaradılmasını nəzərdə tutan fərman imzalayıb.
Bu qərardan sonra sözügedən ünvandan bitcoin axını dayandırılmışdı.

Bizi Telegram-da oxuyun
Abunə olun

